UKRAYNA KONSTRUKTORLARI “QROM” UNİVERSAL DÖYÜŞ MODULUNU HAZIRLAMIŞLAR
“Qrom” modulu düşmənin canlı qüvvəsini məhv etmək, zirehli texnika, atəş nöqtələri və alçaqdan uçan hədəflərlə mübarizə üçün nəzərdə tutulmuşdur. O, yüngül, zirehli maşınlarda (zirehli transportyor -60/70/80, ZTR-3E, MT-LB, M-113, piyada döyüş maşını-2 və s.) quraşdırılaraq, onların atəş gücünün artırılmasını təmin edir.
Yeni silahın tətbiqi sayəsində heyətin müdafiəsi güclənmiş, döyüş modulunun kütləsi azaldılmış və maşının daxilində şərait yaxşılaşdırılmışdır, çünki atəş zamanı qaz içəri daxil olmur.
“Qrom” modulu 30 millimetr kalibrli ZTM-2 topu, 7,62 millimetr kalibrli KT-7,62 pulemyotu, 9P135M Konkurs tipli tank əleyhinə kompleks və AQ-17 qumbaraatanı ilə təchiz olunmuşdur. Top dəqiqədə 550 atəş aça bilir, OFZT tipli mərmilərin maksimal uçuş məsafəsi isə 4000 metrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]