Ukrayna millisi rəqib komandanın qapısından iki cavabsız top keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
Noyabrın 14-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsinin pley-off görüşləri çərçivəsində daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna millisi Lvov şəhərində Sloveniya yığmasını qəbul edib. İsveçrəli baş hakim Yonas Eriksonun idarə etdiyi matçda Ukrayna millisi rəqib komandanın qapısından 2 cavabsız top keçirib.
Komandalar arasında cavab görüşləri noyabrın 17-də keçiriləcək.