Ukrayna və ABŞ prezidentləri 30 günlük atəşkəsi müzakirə ediblər
Kiyev, 9 may, AZƏRTAC
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donaıd Tramp arasında növbəti telefon danışığının detalları bəlli olub.
AZƏRTAC xəbər verir ki, Zelenski teleqram səhifəsində Prezident Trampla birgə hərəkətlər haqqında danışdığını bildirib, Amerika Birləşmiş Ştatlarının çox ehtiyacı olan dəstəyi, Rusiyaya təzyiq göstərmək – sülh naminə təzyiq haqqında, cəbhədəki vəziyyəti, diplomatik işləri müzakirə etdiyini vurğulayıb.
“Biz real və davamlı atəşkəsi necə yaxınlaşdıracağımız barədə danışdıq - ən azı 30 gün. Bu, diplomatiyaya çoxlu şans verə biləcək bir məsələdir. Ukrayna tam atəşkəsə hazırdır, elə bu dəqiqədən – 30 günlük atəşkəsə”, - deyə Zelenski əlavə edib.
Ukrayna Prezidenti hesab edir ki, Rusiya atəşkəsi dəstəkləməklə düzgün cavab verməlidir.
“Onlar müharibəni bitirməyə hazır olduqlarını sübut etməlidirlər. Bu, birinci dəfə deyil – biz bunu yenidən təklif edirik. Otuz gün sülh illərinin başlanğıcı ola bilər. Davamlı və etibarlı atəşkəsin özü sülhə doğru hərəkətin real göstəricisi olacaq. Amerika bu işdə kömək edə bilər. Dünyanın Amerikaya 80 il əvvəl olduğu kimi ehtiyacı var”, - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]