UKRAYNA VƏ AZƏRBAYCAN GƏNCLƏRİNİN BİRGƏ FOTOSƏRGİSİ AÇILMIŞDIR
Qalereyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Fotoqraflar Assosiasiyasının da yardımı ilə keçirilən sərgidə 15 ukraynalı və 20 azərbaycanlı fotoqrafın birlikdə 50-dən artıq əsəri nümayiş etdirilir.
Ekspozisiyada Mixaylo Qoroşkonun “Adrenalin”, Aleksandr Mikalenkonun “İkilikdə”, İosif Qumnitskinin “Mənim çiçəkli Ukraynam”, Çingiz Səmədzadənin “Qaçqınlar”, Sitarə İbrahimovanın “Fəxriyyə”, Sevinc Pirizadənin “Yuxu” və Fəxriyyə Məmmədovanın “Tənhalıq” əsərləri diqqəti daha çox cəlb edir.
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev, qalereyanın direktoru Eldəniz İbrahimov və başqaları açılış mərasimində ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsində belə tədbirlərin əhəmiyyətindən danışmışlar.