UKRAYNADA HƏR 50 NƏFƏRDƏN BİRİ ONKOLOJİ XƏSTƏLİKLƏRDƏN ƏZİYYƏT ÇƏKİR
Həmin faktlar martın 11-də Kiyevdə “Ukraynada onkoloji xəstəliklər. Problem və onun aradan qaldırılması yolları” mövzusunda parlament dinləmələrindən əvvəl keçirilən mətbuat konfransında açıqlanmışdır. Paytaxtın baş onkoloqu Gennadi Oleyniçenko demişdir ki, ölüm hallarının sayına və yayılma dərəcəsinə görə indi onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutur.
Kiyev Tibb Universiteti onkologiya kafedrasının müdiri, professor İqor Şepotin vurğulamışdır ki, onkoloji xəstəlik insan barəsində verilən hökm deyil, xəstəlikdir, bu xəstəliklə mübarizə aparmaq olar və lazımdır. Şiş kəsilib götürüldükdən sonra insan nisbətən sağlam olur. Buna görə də öz psixoloji vəziyyətinin qeydinə insanın özü qalmalıdır. Professor nikbinliklə xatırlatmışdır ki, birinci-ikinci dərəcəli xərçəngli xəstələrin, orta hesabla, 90 faizi, dördüncü dərəcəli xəstələrin isə 12 faizi sağalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]