Ukraynada koronavirusa sutkalıq yoluxma faktı ilk dəfədir 5 mini keçib
Kiyev, 8 oktyabr, AZƏRTAC
Ukraynada son sutka ərzində koronavirusa yoluxma faktı ilk dəfə 5 min nəfəri keçib.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün ölkədə 5397 nəfər koronavirusa yoluxub, 93 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma halları Kiyev, Odessa, Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərində qeydə alınıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 244 min 734 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 4690 nəfərdir, 107 mindən artıq xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]