Ukraynadan gələn Leopardlar Polşada təmir olunacaq
Bakı, 23 iyul, AZƏRTAC
Ukraynaya verilən Leopard tanklarının təmiri və texniki xidməti mərkəzi Polşada işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şənbə günü Polşanın müdafiə naziri Mariuş Blaşçak tviter səhifəsində məlumat verib.
“Qlivitsedə təmir mərkəzi işə başlayıb. İlk iki Leopard artıq Ukraynadan Bumar zavoduna gəlib", - deyə o qeyd edib.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi iyulun 12-də elan etmişdi ki, Polşa və Almaniya Ukraynada müharibədə istifadə olunan Leopard tanklarının təmirini birgə koordinasiya etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]