Ukraynalı atlet uzunluğa tullanma yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də “EYOF Bakı 2019”un atletika yarışlarının dördüncü günündə qızlar arasında uzunluğa və şüvüllə tullanma üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, uzunluğa tullanma yarışında ukraynalı atlet Mariya Horielova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Norveç təmsilçisi Mia Lien gümüş, finlandiyalı Nea Lento isə bürünc medalla kifayətləniblər.
Qızlar arasında şüvüllə tullanma yarışında isə almaniyalı Sarah Vogel bütün rəqiblərini qabaqlayaraq adını çempionlar siyahısına yazdırıb. Gümüş medalı Klara Fernandes qazanıb. Danimarkalı Klara Skriver Loesl və isveçli Rebeka Kruger bürünc medallara layiq görülüblər.