SİYASƏT
Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir
![Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir](/files/2017/3/1200x630/15131474113137739689_1200x630.jpg)
Kiyev, 13 dekabr, AZƏRTAC
Azərbaycan son illər nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilib. Ölkənin iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi Bakıda “Expo-2025” sərgisinin keçirilməsinə böyük stimul verir.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Natalya Veselyova deyib.
Ukraynalı deputat bildirib ki, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər uğurla həyata keçirilib və bu ənənə davam etdirilir. Ona görə də Bakının “Expo-2025” sərgisinə iddiası məntiqlidir.
“Azərbaycan bu məsələdə Yaponiya, Fransa və Rusiya kimi ölkələrlə rəqabətə giribsə, demək “Expo-2025” sərgisinin Bakıda keçirilməsinə daha istəkli görünür və bunun üçün də böyük təcrübəyə malikdir. Ümid edirəm ki, Azərbaycan bu məsələdə böyük dəstəyini alacaq”, - deyə Ukrayna Ali Radasının deputatı əlavə edib.
Qeyd edək ki, “Expo-2025” sərgisinə ev sahibliyi edəcək şəhər 2018-ci ilin noyabrında müəyyənləşəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev