Ukraynanın Xarkov şəhərində Azərbaycanın Zəfər Günü ilə bağlı bilbordlar quraşdırılır
Xarkov, 5 noyabr, AZƏRTAC
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə, 8 Noyabr - Zəfər Günü münasibətilə bilbord quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən bayram aksiyasında nümayiş etdirilən bilbordda “Azərbaycanın Qələbə Günü”, “Qarabağ-Azərbaycandır!” şüarları yazılıb, Zəfərimizin rəmzi “Xarıbülbül”ün və Azərbaycan dövlətinin xəritəsinin şəkli əks olunub.
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov AZƏRTAC-a bildirib ki, şəhərin mərkəzi hissələrində daha 3 bilbord yerləşdiriləcək. Bilbordlar bir aya yaxın müddətdə nümayiş olunacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov