ULU ÖNDƏRİN XATİRƏSİ NAXÇIVANDA EHTİRAMLA YAD EDİLMİŞDİR
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi muxtar respublikanın rayonlarında da ehtiramla yad edilmişdir.
Muxtar respublikanın idarə, təşkilat və müəssisələrində, komitə, şirkət və nazirliklərində ümummilli liderin vəfatının ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, ehsanlar verilmişdir.
Naxçıvan Dövlət Universitetində, AMEA Naxçıvan bölməsində, Dövlət Müəllimlər İnstitutunda “Heydər Əliyev ideyaları: Azərbaycanın bu günü və gələcəyi” mövzusunda konfranslar keçirilmişdir.
Heydər Əliyev zəkasına, onun əməllərinə hörmətlə yanaşan qonşu Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının Naxçıvandakı baş Konsulluqlarında da ulu öndərin vəfatının ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.