ULU ÖNDƏRİN XATİRƏSİ QARSDA DA EHTİRAMLA YAD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Qarsdakı Baş konsulluğu ümummilli lider Heydər Əliyevin vəfatının ikinci ildönümü ilə əlaqədar anma mərasimləri keçirmişdir. Çoxsaylı qarslılar, Qafqaz Universitetində və digər sahələrdə çalışan azərbaycanlılar ulu öndər Heydər Əliyevin Qars şəhərində ucaldılmış abidəsi önünə gələrək, türk dünyasının dahi oğlunun xatirəsini ehtiramla yad etmiş, buraya əklil və tər çiçəklər qoymuşlar. Baş konsul Həsən Zeynalov toplaşanlar qarşısında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı çıxış etmişdir.
İğdır şəhərindəki Heydər Əliyev adına parkda da anım mərasimi
keçirilmişdir.
Bu tədbirlər mətbuatda geniş işıqlandırılmışdır.