ÜMUMDÜNYA MAKKABİ OYUNLARI BAŞA ÇATMIŞDIR
Bakı, 25 iyul (AZƏRTAC). İsraildə 18-ci Ümumdünya Makkabi Oyunlarına yekun vurulmuşdur.
Makkabi-Azərbaycan Mədəni-İdman birliyinin direktoru Gennadi Gelmanın verdiyi məlumata görə, 15 yaşından yuxarı şahmatçılar arasında çıxış edən Azərbaycan təmsilçisi Marat Mardaxayev Makkabiadanın bürünc medalına sahib olmuşdur.
1992/1993-cü il təvəllüdlü yeniyetmələrdən təşkil olunmuş Azərbaycanın basketbol komandası isə 6-cı yeri tutmuşdur.
Əməkdar məşqçi Gennadi Gelman isə Azərbaycanda Makkabi hərəkatının inkişafına görə qızıl medalla təltif olunmuşdur.
Xatırladaq ki, ölkə idmançılarının Ümumdünya Makkabi Oyunlarında iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]