Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvləri Bakı toplantısını müzakirə ediblər
Bakı, 7 mart, AZƏRTAC
Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib.
İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və təşkilatın İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib.
Xatırladaq ki, yanvarın 22-də Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının bu ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.
Ölkəmiz 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]