Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla anılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əsarətin qışında ordu quran sərkərdə" adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Pərvin Səfərli çıxışında tədbir iştirakçılarına Ümummilli Liderin həyatı, müasir, müstəqil Azərbaycanın qurucusu kimi gördüyü işlərlə bağlı hazırladığı videoslaydlar vasitəsilə ətraflı məlumat verib.
Tədbirdə “Prelüd Nostalji”, “Heydər Əliyevə İthaf”, Z.Bağırovun “Prelüd”, F.Əmirovun “Prelüd”, T.Quliyevin “Lirik mahnı”, M.Maqomayevin “Azərbaycan” və məktəbin şagird, eləcə də müəllimlərindən ibarət kamera ansamblı (bədii rəhbər Nigar Cavadova) tərəfindən F.Bədəlbəylinin “Ave Mariya” kimi gözəl ifalar səslənilib.
Anım mərasimində məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli Ulu Öndər haqqında məruzə ilə çıxış edib.
Sonra Ulu Öndər Heydər Əliyevin çıxışları və müxtəlif vaxtlarda verdiyi müsahibələr əsasında hazırlanmış videomateriallar təqdim olunub.