ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS
Konfransda “Heydər Əliyev dünya tarixinin azərbaycanlı dahisidir”, “Heydər Əliyev Azərbaycan gəncliyinin yaxın dostu və hamisidir”, “Heydər Əliyev Azərbaycan Konstitusiyasının yaradıcısıdır”, “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzularında məruzələr dinlənilmişdir. Məruzələr ətrafında çıxışlarda Heydər Əliyev dühasının müstəqil və demokratik Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsinə, onun gələcək inkişafına verdiyi töhfələrdən danışmışlar. Qeyd edilmişdir ki, bu gün Azərbaycan ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir.