ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Mərasimdə Milli Məclis sədrinin müavini Bahar Muradova, QPDK sədrinin birinci müavini Dilruba Camalova, ombudsman Elmira Süleymanova, təhsil nazirinin müavini İradə Hüseynova və başqaları ulu öndərimiz Heydər Əliyevin siyasi fəaliyyətindən, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz xidmətlərindən danışmışlar. Bildirmişlər ki, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışı sayəsində Azərbaycan bütün çətinliklərdən, gərginliklərdən xilas oldu, ölkənin iqtisadiyyatı yüksəldi, xalq ağır vəziyyətdən qurtardı. Ümummilli liderimiz ölkənin hərtərəfli inkişafına nail oldu, milli müstəqilliyimizin əbədiliyini təmin etdi, Azərbaycanı dünya birliyinə tanıtdı. Qeyd olundu ki, Azərbaycan qadınları ulu öndərin siyasi xəttinin ən layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, bütün bilik və bacarıqlarını ölkəmizin başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səfərbər edəcəklər.
Mərasimdə ehsan verilmiş, ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.