ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİ MURMANSK BÖLMƏSİNİN YENİ SƏDRİ SEÇİLMİŞDİR
Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsindən (ÜAK MB) AZƏRTAC-a bildirmişlər ki, vilayətin Azərbaycan diasporunun fevralda keçirilən ümumi iclasında bölmənin yeni sədri seçilmişdir.
Murmansk vilayəti hökuməti üzvlərinin, habelə digər xalqların diaspor rəhbərlərinin iştirak etdiyi yığıncaqda Afil Hüseynov ÜAK MB-nin yeni sədri seçilmişdir.
Əslən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndindən olan A.Hüseynov Şimal donanmasında hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Sevastopola göndərilmişdir. Qəhrəman şəhər Murmanska gizir rütbəsində qayıtmış və burada qalmağı qərara almışdır. ÜAK MB-nin yaradıldığı ilk gündən Azərbaycan diasporunun işində fəal iştirak edir.
100-dən çox millətin nümayəndəsinin yaşadığı vilayətin rəhbərliyi çoxsaylı diasporlardan biri olan Azərbaycan diasporunun diyarın iqtisadi və sosial inkişafına töhfəsini yüksək qiymətləndirir. ÜAK MB-nin əvvəlki sədri Mirrafiq Bədirov fəal işinə görə Murmansk vilayəti qubernatorunun Fəxri fərmanına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]