ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN RİYAZİYYAT KURRİKULUMUNUN TƏQDİMATI OLMUŞDUR
Tədbirdə təhsil naziri Misir Mərdanov, kurrikulumu hazırlayan işçi qrupunun üzvləri, milli məsləhətçilər və mütəxəssislər iştirak etmişlər.
Nazirliyin şöbə müdiri, “Kurrikulum islahatı” alt-komponentinin əlaqələndiricisi Aydın Əhmədov sənədin əsas məqsəd və məramını açıqlamış, onun müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyət nümayəndələri üçün nəzərdə tutulduğunu bildirmişdir.
Tədbirdə bir sıra qabaqcıl ölkələrin riyaziyyat fənni üzrə məzmun xətlərindən nümunələr nümayiş etdirilmiş və müasir dünya təcrübəsinə əsaslanaraq müəyyən olunmuş müvafiq xətlər diqqətə çatdırılmışdır.
Sonra fənn kurrikulumu ilə bağlı müzakirələr aparılmış, təkliflər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]