ELM VƏ TƏHSİL
UNEC ilə Qiymətləndiricilər Cəmiyyəti və İqtisadi İslahatlar ETİ arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında iqtisadi təhsil, tədqiqatlar və qiymətləndirmə fəaliyyətinin imkanlarından qarşılıqlı yararlanmaq məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, UNEC ilə həmin qurumlar arasında ölkədə qiymətləndirmə fəaliyyətinin formalaşması və inkişafını dəstəkləyən birgə tədbirlərin, layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qiymətləndirmə sahəsində milli standartların, terminoloji lüğətlərin, təlim proqramlarının, qiymətləndirmə peşəsinin inkişafı üzrə birgə milli proqramlar hazırlanması, elmi tədqiqatlar aparılması, forum və konfranslar keçirilməsi nəzərdə tutulur.