UNEC-in 29 tələbəsi “EY Azərbaycan” şirkətinin sertifikatını qazanıb
Bakı,12 sentyabr, AZƏRTAC
“EY Azərbaycan” şirkəti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera mərkəzinin birgə əməkdaşlığı ilə tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan “Audit School” proqramı başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqrama qatılan 39 iştirakçıdan 29 nəfəri UNEC tələbəsi olub. Proqram çərçivəsində tələbələrə audit fəaliyyəti barədə məlumat verilib, eləcə də praktiki məşğələlər vasitəsilə komanda şəklində işləmək bacarıqları aşılanıb. Tələbələr “EY Azərbaycan” şirkətində iş prosesini müşahidə etmək imkanı da əldə ediblər. Səkkizgünlük təlimin sonunda tələbələrin IQ və “Accounting” üzrə bilikləri test üsulu ilə qiymətləndirilib.
“EY Audit School” proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.
Təlimlərdə UNEC tələbələri ilə yanaşı, ADA Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi, həmçinin Türkiyənin Koç Universitetinin tələbələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]
BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub
- 30.09.2026 [16:02]