UNEC Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq edir
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq 2024-cü ildən etibarən genişlənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrin inkişafında mühüm addımlardan biri universitetin rektoru professor Ədalət Muradovun Qazaxıstanda keçirilmiş “QS Higher Ed Pre-Summit: Asia Pacific 2024” tədbiri çərçivəsində Qırğızıstanın ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşləri olub.
Görüşlər zamanı universitetlərarası əməkdaşlığın inkişaf perspektivləri, akademik əlaqələrin genişləndirilməsi və elmi əməkdaşlıq imkanları müzakirə edilib.
Həmin il B.Sıdıkov adına Qırğız-Özbək Beynəlxalq Universiteti ilə əməkdaşlıq haqqında memorandumun imzalanması da UNEC-in Qırğızıstanın ali təhsil müəssisələri ilə əlaqələrinin institusional əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addım olub. Sənəddə akademik, elmi və təhsil sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq çərçivəsi müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]