UNEC və Qırğızıstan universitetləri: əməkdaşlıq yeni mərhələdə
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qırğızıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı son iki ildə əhəmiyyətli dərəcədə genişlənib. 2024-cü ildə əsası qoyulan universitetlərarası əlaqələr 2025-ci ildə yeni tərəfdaşlıqların qurulması ilə daha da inkişaf etdirilib, 2026-cı ildə isə memorandumların və ikili diplom müqaviləsinin imzalanması ilə nəticələnib.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.
Bildirilib ki, əməkdaşlıq yalnız qarşılıqlı səfər və görüşlərlə məhdudlaşmayıb. Bu müddət ərzində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və nəşrlər, beynəlxalq konfrans və seminarlar, rəqəmsal təhsil, süni intellekt, startap ekosistemi, yaşıl iqtisadiyyat və dayanıqlı maliyyə kimi istiqamətlərdə konkret əməkdaşlıq mexanizmləri formalaşdırılıb.
Əməkdaşlığın real nəticələrindən biri Qırğızıstandan olan tələbənin UNEC Biznes Məktəbinin MBA proqramında təhsil almasıdır. Bu, iki ölkənin ali təhsil müəssisələri arasında inkişaf edən əməkdaşlığın akademik müstəvidə də özünü göstərdiyini təsdiqləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]