Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 24-də “Park İnn” hotelində UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar (NRYTN) və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək proqramın ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini vurğulayıb. Proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verərək bildirib ki, “İnformasiya hamı üçün” UNESCO tərəfindən 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Əsas məqsədi təşkilata üzv ölkələrin milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsində fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

R.Əzizov, həmçinin “UNESCO-nun İFAP proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə görülmüş işlər haqqında məlumat verdi. Vurğulandı ki, proqramın altı prioritet sahəsi - “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” üzrə məsələlər bu planda öz əksini tapıb. Nəzərdə tutulan sahələr üzrə aidiyyəti dövlət qurumları müəyyən dərəcədə nailiyyətlər əldə edilməklə fəaliyyəti genişləndirə biliblər.

Qeyd olundu ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən isə İFAP-ın Azərbaycan Komitəsinin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. 11 sentyabr 2018-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu ildə isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Tədbirdən sonra www.ifap.az saytının təqdimatı oldu. Saytda komitənin tarixi və fəaliyyəti, xəbərlər, tərəfdaşlar, sənədlər bölmələri yaradılıb. Bu bölmələr vasitəsilə birbaşa İFAP-ın əhatə etdiyi sahələr və bu yöndə görülən işlər haqqında ətraflı məlumat alaraq tərəfdaşlıq etmək mümkündür.

Daha sonra iclasda Milli Komitənin üzv qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək tədbirlər planı çərçivəsində görülən işlər haqqında məlumat veriblər.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova çıxış edərək nazirlik tərəfindən bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. Bildirib ki, Milli Kitabxananın Elektron kitabxanasının saytındakı “Audiokitablar” bölməsində xüsusi kateqoriyalı istifadəçilər üçün müxtəlif audiokitablar toplanıb. Hər hansı bir audiokitabı görmə qabiliyyəti məhdud olan istifadəçi kitabxanaya gəlmədən dinləyə bilər. 2014-cü ildən F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün informasiya mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi görmə qüsurlu uşaqların internet şəbəkəsinə sərbəst çıxışını təmin etməkdir.

Sektor müdiri Mədəniyyət Nazirliyinin sifarişi və “AdZone” şirkətinin texniki dəstəyi ilə yaradılan “Muzey əşyalarının daimi mühafizə portalı” haqqında da söz açıb. Deyib ki, hazırda respublikada fəaliyyət göstərən şəhər (rayon) Heydər Əliyev mərkəzləri, aparıcı muzeylər, ev və xatirə muzeyləri, şəhər (rayon) tarix-diyarşünaslıq muzeyləri tərəfindən muzey fondlarında qorunub saxlanılan eksponatlar həmin portala daxil edilir. Azərbaycan Dövlət Film Fondunda saxlanan 35 mm kinolent formatında çəkilmiş milli filmlərin rəqəmsal formata çevrilməsi işi də davam etdirilir.

Qeyd olundu ki, 2018-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Ultra technologies” şirkətinin texniki dəstəyi ilə hazırlanan "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri"nin elektron portalı istifadəyə verilib. Portal Azərbaycanın diyarşünaslıq (adət-ənənə, bayram-mərasim, rəmz-sirr), folklor (musiqi-rəqs, oyun-tamaşa, şifahi xalq yaradıcılığı) və sənətkarlıq (dekorativ-tətbiqi, təsviri) nümunələrinin məlumat bazasından ibarətdir. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Milli Tarix-Bədii Qoruğunda audiobələdçi texnologiyaları tətbiq edilir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində isə 2008-ci ildən kompleks avtomatlaşdırılmış muzey informasiya sisteminin (KAMİS) proqramı həyata keçirilir. Ötən il informasiya sisteminin bazasına 343 ədəd, ümumilikdə isə 34913 ədəd eksponat haqqında məlumat daxil edilib.

Sektor müdiri, həmçinin dedi ki, yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunması və təbliği diqqət mərkəzindədir. Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən www.ismayilliculture.az, www.shekiculture.az saytları yaradılıb. Həmin saytlara qlobal informasiya məkanında Azərbaycanla bağlı, o cümlədən ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsi, mədəniyyət müəssisələri barədə məlumatlar daxil edilib.

Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların rəqəmsallaşdırılması ilə bağlı hesabat təqdim edib.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov “Digital Girls” milli təlim proqramı haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və müasir texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bu işlərin davamı olaraq “İKT LAB” mərkəzinin təşkilatçılığı ilə “Rəqəmli qızlar (“Digital Girls”) - milli təlim proqramı” adlı sosial layihəyə start verilib. Layihə çərçivəsində Bakı şəhərinin bir sıra məktəblərində təqdimat tədbirləri keçirilib və mindən çox iştirakçı qatılıb. Onlara layihənin məqsədi izah edilib və İKT sahəsində uğurlu karyera qurmaq imkanları barədə məlumat verilib.

Milli Komitənin üzv-qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Tədbirlər Planının çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər. Bildirilib ki, Tədbirlər Planında 35 tədbir müəyyən edilib və onların 76 faizi artıq tam yerinə yetirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib