Uqandada məktəbə hücum nəticəsində 25 nəfər həlak olub
Bakı, 17 iyun, AZƏRTAC
Uqandada silahlı şəxslərin orta məktəblərdən birinə hücumu nəticəsində azı 25 nəfər həlak olub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Mpondve şəhərində baş verib. Polisin iddiasına görə, hücumu ekstremist “Demokratik güclər alyansı” qruplaşması həyata keçirib. Hadisə zamanı, həmçinin yataqxananın yandırıldığı və ərzaq mağazasının qarət edildiyi bildirilir.
Uqanda hakimiyyətinə müxalif olan “Demokratik qüvvələr alyansı” 1995-ci ildən ölkənin qərbində fəaliyyət göstərir. 2003-cü ildə Uqanda ordusunun zərbələri nəticəsində qruplaşma Konqo Demokratik Respublikasının qərb rayonlarına çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]