URALDA YAŞAYAN AZƏRBAYCANLILAR YEKATERİNBURQDA RUSİYA PREZİDENTLİYİNƏ NAMİZƏD DMİTRİ MEDVEDYEVƏ DƏSTƏK FORUMU KEÇİRMİŞLƏR
Ümumrusiya Azərbaycan Konqresindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, ÜAK-ın Sverdlovsk dairə bölməsi Yekaterinburqda Uralda yaşayan azərbaycanlıların forumunu keçirmişdir.
Vilayət hökuməti və şəhər meriyasının dəstəyi ilə “Yedinaya Rossiya” Partiyasının yerli şöbəsi ilə birgə təşkil olunmuş forumda Azərbaycan diasporu martın 2-də keçiriləcək seçkilərdə “Yedinaya Rossiya” Partiyasından namizəd Dmitri Medvedyevin, habelə şəhər və bələdiyyə orqanlarına seçkilərdə vilayətin qubernatoru və Yekaterinburq şəhərinin meri vəzifələrinə həmin partiyadan olan namizədləri dəstəkləyəcəyini bildirmişdir.
Gənclər sarayında vilayətin Azərbaycan icmasının təxminən 1500 nümayəndəsi toplaşmışdır. Görüşdə vilayət hökumətinin naziri A.Xarlov, şəhər meri A.Çernetski çıxış edərək dəstəyə görə Azərbaycan diasporuna təşəkkürlərini bildirmişlər. ÜAK-ın icraçı direktoru E.Quliyev ÜAK idarə heyətinin qarşıdan gələn seçkilərdə Dmitri Medvedyevin namizədliyini dəstəkləmək qərarını həyata keçirməyə çağırmışdır. Azərbaycanın Sankt- Peterburqdakı konsulu Qüdsi Osmanov ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun təbrik məktubunu oxumuşdur.
Uralın Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələrinə vilayət qubernatorunun fəxri fərmanları və şəhər merinin təşəkkürnamələri təqdim olunmuşdur.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]