Uşaq musiqi məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Himninin oxunması ilə başlanıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirin təşkilatçısı Afaq Qasımova geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. A.Qasımova tarixi faciənin acılarından danışıb.
Tədbirdə iştirak edən Xocali şahidləri Mürsəl İlyasov, Aidə Sirinova həmin gecə ilə bağlı acı xatirələrini bölüşüblər.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Məktəbin müəllimləri Nemət Qasımov, Kamal Natiqoğlu, Ülfət Həsənli çıxış ediblər.
Sonda Ülfət Həsənlinin müşayiəti ilə Afaq Qasımovanın ifasında Zəlimxan Yaqubun “Şəhid qanı” şeiri səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [19:31]
Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub
- 27.09.2026 [17:46]
Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb
- 27.09.2026 [12:25]
Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib
- 26.09.2026 [18:04]
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib
- 26.09.2026 [10:52]
Şuşada “Qarabağ gecəsi” xeyriyyə konserti
- 25.09.2026 [19:40]