UŞAQ SİMFONİK ORKESTRİNİN KONSERTİ
Bədii rəhbər və dirijor, xalq artisti Teymur Göyçayevin idarəsi ilə orkestr Üzeyir Hacıbəyovun “Arazbarı” əsərini səsləndirmişdir.
Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi, respublika və beynəlxalq festivalların diplomantı Ceyla Seyidova (pedaqoq Fatimə İdyatulina) Motsartın skripka və orkestr üçün 4 nömrəli konsertinin 1-ci hissəsini məharətlə ifa etmişdir.
H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdi Aydan Rüstəmova Vasif Adıgözəlovun “Bakı haqqında mahnı”sını bu yaxınlarda dünyasını dəyişən bəstəkarın xatirəsinə həsr etmişdir.
Konsertin proqramına Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının uvertürası, klassiklərin, müasir xarici və Azərbaycan bəstəkarlarının əsərləri də daxil idi.
Sonda orkestr və 36 nömrəli musiqi məktəbinin xoru ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş əsəri ifa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]