“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası Sumqayıtdan olan birinci sinif şagirdlərini əhatə edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıdakı Rus Evi (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi / RİMM) və Bank VTB (Azərbaycan) “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsinin həyata keçirilməsini davam etdirir.
RİMM mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Rus İcmasının 30 illiyinin qeyd olunması çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Sumqayıt şəhərindən 18 birinci sinif şagirdlərinə bel çantaları və məktəb ləvazimatları verilib.
Qeyd edək ki, “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası cari ildə birinci sinfə gedəcək aztəminatlı ailələrdən olan uşaqların dəstəklənməsi və yaradıcı inkişafına yönəldilib və Azərbaycanın Rus İcması, Bakı və Azərbaycan Yeparxiyaları, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası, “Yaşlek” Tatar Gəncləri Mərkəzi, eləcə də “GID CSR Consulting” xeyriyyəçilik təşkilatının dəstəyi ilə Rus Evi və Bank VTB (Azərbaycan) tərəfindən həyata keçirilir.