Ustad ağır atletlərimiz Avropa çempionatında iki gümüş medala sahib olublar
Bakı, 20 iyun, AZƏRTAC
Finlandiyanın Rovaniemi şəhərində ustad ağır atletlər arasında Avropa çempionatı keçirilib.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 30-dan çox ölkədən 500-ə yaxın atletin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də körpücük üzərinə çıxıblar.
Çempionatda kişi ustad ağır atletlərimizdən Akif Alıyev M-60 (60-64 yaşadək) qrupunda 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 124 kiloqram (58+66) nəticə ilə Avropa çempionatının gümüş medalına sahib olub.
M-70 (70-74-yaşadək) qrupunda 96 kiloqram çəki dərəcəsində isə Vladimir Jilyayev mübarizə aparıb. Təmsilçimiz toplam 163 kiloqram (72+91) nəticə ilə Avropa çempionatında ikinci yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]