ÜZEYİR HACIBƏYLİNİN ANADAN OLMASININ İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində ölməz bəstəkarın anadan olmasının 123-cü ildönümü qeyd edilmişdir.
Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən yubiley mərasimində muzeyin direktoru, əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov çıxış edərək, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycanda musiqi sənətinin inkişafında əvəzsiz xidmətlərindən söz açmışdır. Tədbirdə, həmçinin Sahilə Orucovanın “Üzeyir Hacıbəylinin pedaqoji
görüşləri” və Üzeyir Hacıbəylinin “Hesab dərsliyi” kitablarının təqdimatı da olmuşdur.
Mərasimdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının solistləri Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa etmişlər.
ABŞ-da yaşayan həmyerlimiz, müğənni Sevinc Sultanzadə bəstəkarın “Arşın mal alan” əsərindən Gülçöhrənin və “Koroğlu” operasından Nigarın ariyalarını oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]