VAHİD ƏLƏKBƏROV: “LUKOYL” “URALSİB”DƏ İŞTİRAK PAYINI SAXLAYACAQDIR
V.Ələkbərov demişdir: “Biz həmişə bu qurumla işləmişik və işimizi davam etdiririk. Sadəcə olaraq, indi məsləhətçilər və təhlilçilərlə məşvərətdən sonra işimizi yalnız “LUKoyl”da cəmləşdirmək qərarına gəldik. Buna baxmayaraq, biz bankın səhmdarı olaraq qalırıq. Şirkət profilə aid olmayan bütün layihələrdən uzaqlaşır və biz səhmlərimizi öz işlərini eyni ilə bizim kimi yerinə yetirməyi öhdəsinə götürən digər sərmayədarlara müsabiqə yolu ilə satacağıq”.
Bundan əlavə, “LUKoyl”un Azərbaycanda fəaliyyətinin getdikcə genişləndirilməsi də bankın imkanlarına təsir göstərməlidir. Belə ki, yaxın 3 ildə şirkətin Azərbaycandakı benzindoldurma stansiyalarının sayı 21-dən 30-a çatacaqdır. Təkcə bu layihəyə 15 milyon dollar sərmayə qoyulacaqdır. V.Ələkbərovun sözlərinə görə, Rusiya şirkəti “Şahdəniz” və “Yalama” layihələrində fəal iştirak edir.
V.Ələkbərov mətbuat konfransında “LUKoyl”un yaxın vaxtlarda neft hasilatını 50 faiz artaraq, ildə 150 milyon ton səviyyəsinə çatdırmaqla bağlı planlarından da danışmışdır.