VALENTİN DEMYANENKO DÜNYA ÇEMPİONATININ FINALINDA
Bakı, 15 avqust (AZƏRTAC). Kanadanın Dartmut şəhərində keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında dünya çempionatında Azərbaycanın daha bir təmsilçisi əsas finala vəsiqə qazanmışdır.
Birnəfərlik kanoe qayığında mübarizə aparan Valentin Demyanenko 500 metr məsafəyə yarımfinal yürüşündə uğurla çıxış etmişdir. Demyanenko bu məsafəni 1 dəqiqə 58 saniyə 559 mikrosaniyəyə qət edərək, öz yarımqrupunda ikinci yeri tutmuşdur. O, yalnız Belarus təmsilçisi Zianis Xarajadan geri qalmışdır.
Reqlamentə əsasən, hər yarımqrupda ilk 3 pillənin sahibləri əsas finala vəsiqə qazandıqlarından, kanoeçimiz avqustun 16-da keçiriləcək həlledici mərhələnin iştirakçısı olacaqdır.
Avqustun 16-da Valentin Demyanenko 200 metr məsafəyə yürüşün seçmə mərhələsində də çıxış edəcəkdir. Onun rəqibləri Martin Egermayer (Çexiya), Qabor Xorvat (Macarıstan), Zianis Xaraja (Belarus), Yuri Çeban (Ukrayna), Andres Felipe Lazo Arana (Ekvador), Fernando Enrike Velaskes Dionisio (Qvatemala), Nivalter Santos de Xesus (Braziliya), Xose Luis Buza (İspaniya) olacaqdır.
Birinci yeri tutan idmançı birbaşa əsas finala, 2-7-ci pillələrin sahibləri isə yarımfinal mərhələsinə vəsiqə qazanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]