Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib
Bakı, 11 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən yeni layihəyə - Valideyn İnkişaf Platforması (VİP) layihəsinə start verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi şagirdlərin ixtisas seçimi zamanı valideynləri ilə daha uğurlu ünsiyyət qurmalarını təmin etmək, onların müasir əmək bazarının tələbləri barədə məlumatlandırılması, öz maraq və meyillərinə uyğun sahələrə yönləndirilməsinə dəstək olmaqdır.
Valideyn İnkişaf Platformasına (VİP) qoşulmaqla valideynlər peşəkar spiker və təlimçilərdən dolğun məlumatlar əldə edəcək, əhatə dairələrini genişləndirəcək, tapşırıqlar üzərində işləyəcək və mentor dəstəyindən faydalana biləcəklər. Layihə başa çatdıqdan sonra 1 ay ərzində də valideynlərə mentor dəstəyinin göstərilməsi davam edəcək.
Layihə tamamilə ödənişsizdir. Onlayn formatda baş tutacaq platformaya seçilmiş pilot rayonlardan - Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən öyrəndiklərini öyrətməyə həvəsli, 6-cı sinifdən yuxarı yaşda övladı olan valideynlər müraciət edə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/UD6LcXkz6fevVyiY6
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]