Varşavada güləş üzrə Avropa çempionatı davam edir
Bakı, 20 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.
Millimizin üzvü Əhmədnəbi Qvarzatilov (61 kq) startda Almaniya güləşçisi Viktor Lizeni vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin rəqibi ukraynalı Andrey Celep olacaq.
Əşrəf Aşırov (74 kq)üçün Avropa çempionatında debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarı Fazlı Eryılmaza minimal fərqlə uduzub.
Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) səkkizdəbir finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub.
Osman Nurməhəmmədov (92 kq) ilk görüşdə alman güləşçi Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayev ilə qarşılaşacaq.
Qeyd edək ki, millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]