VAŞİNQTONDA MƏXFİ TƏLİMLƏR KEÇİRİLİR
Təlimlərdən məqsəd 2001-ci ilin 11 sentyabr terror aktlarından sonrakı ilk saatlarda Vaşinqtonun hakimiyyət dairələrində hökm sürmüş qarmaqarışıqlığın, çaşğınlığın təkrar olunmaması üçün hökumətin bütün vəsilələrinin fəaliyyət sistemini müəyyənləşdirib sahmanlamaqdır.
Ağ evdə ehtimal edilir ki, terror aktları məhz ABŞ paytaxtında törədiləcəkdir və buna hazırlıq görülür. Odur ki, antiterror təlimlərinin gedişində iki mümkün ssenari üzərində iş aparılır.
Birinci halda, terrorçular Vaşinqtona, daha doğrusu, 2001-ci il sentyabrın 11-də terrorçuların ələ keçirdiyi təyyarə üçün hədəf olmuş Kapitoli binasına zərbə endirəcəklər.
İkinci ssenaridə nəzərdə tutulur ki, terrorçular həm paytaxtda, həm də ölkənin digər iri şəhərlərində miqyasca kiçik, lakin daha tez-tez terror aktları törətməyə çalışacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]