“VEKTOR” NÖVBƏTİ LAUREATLARI TƏLTİF ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyə və Azərbaycandan, eləcə də Kiprin türk icmasından olan alimlər, mədəniyyət və incəsənət adamları, habelə yazıçı və şairlər qurumun diplomları ilə təltif edilmişlər. Türkiyə-Azərbaycan dostluq əlaqələrinin genişləndirilməsindəki xidmətlərinə görə fərqlənənlər “Fəxri doktor” diplomu almışlar. Digər yaradıcı şəxslər isə “Türk dünyasına xidmət” diplomları ilə mükafatlandırılmışlar.