Velosipedlə dünya səyahətinə çıxan fransalı turistlər cənub bölgəsində olmuşlar
Lənkəran, 12 may (AZƏRTAC). Velosipedlə dünya səyahətinə çıxan fransalı turistlər - Rehj və Rebecca cənub bölgəsində olmuşlar.
AZƏRTAC xəbər verir ki, Türkiyə və Gürcüstandan sonra Azərbaycana gələn səyahətçilər Balakən, Zaqatala, Şəki, İsmayıllı rayonlarının və Bakı şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
Keçdikləri ölkələr arasında Azərbaycanın daha çox cəlbedici olduğunu bildirən turistlər, ölkəmizdə insanların qonaqpərvərliyini və mətbəxini xüsusilə qeyd etmişlər.
Özlərini Azərbaycanda rahat və təhlükəsiz hiss etdiklərini vurğulayan fransızlar, buna görə xalqımıza minnətdarlıqlarını bildirmişlər.
Hazırda cənub bölgəsində olan fransalı turistlər bir neçə gün ərzində Lənkəran və Lerik rayonlarında qalacaqlar.
Turistlər Astara şəhərindən İrana keçməklə səyahətlərini davam etdirəcəklər. Onların məqsədi bir il ərzində Çinə qədər getməklə səyahətlərini həmin ölkədə başa vurmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]