VENESUELA PREZİDENTİ İRANIN ALİ MÜKAFATINA LAYİQ GÖRÜLDÜ
Tehran Universitetində keçirilən mükafatlandırma mərasimində hökumət üzvləri, parlamentin deputatları, diplomatik korpusun nümayəndələri, siyasətçilər və mədəniyyət xadimləri iştirak etmişlər. Çıxış edənlər Huqo Çavesin “dünyada ədalətli qayda-qanun yaradılmasında səylərini, müstəbid rejimlərlə mübarizəyə və azadlıqsevər millətlərin dəstəklənməsinə töhfəsini” yüksək qiymətləndirmişlər.
İranın nüvə proqramı ilə baflı Venesuelanın qəti mövqeyi xüsusi vurğulanmışdır. Məlum olduğu kimi, Beynəlxalq Atom Energisi Agentliyində Venesuela nümayəndəsi nüvə fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq barədə İrana qarşı tələblər irəli sürülən sənədlərin daim əleyhinə səs vermişdir.
Bu, Huqo Çavesin öz prezidentliyi dövründə İrana beşinci səfəridir. İndiki səfər zamanı o, İranın rəhbəri və dini lideri ayətulla Əli Xamenei ilə görüşmüş, Əhmədinejadla danlşıqlar aparmışdır. Bu görüşlərdə iki ölkənin bir çox beynəlxalq və regional problemlərdə baxışlarının uyğun gəldiyi qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]