Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vergi sahəsində şəffaflığın təmin edilməsi sahəsində mütərəqqi islahatlar aparılıb

Vergi sahəsində şəffaflığın təmin edilməsi sahəsində mütərəqqi islahatlar aparılıb

Bakı, 28 fevral, Ramiz Quliyev, AZƏRTAC

Ölkədə sahibkarlığın və özəl sektorun inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.

Bu gün kiçik və orta sahibkarlığa dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə əlverişli şərait yaradıb. Bu baxımdan vergi orqanlarının da üzərinə mühüm vəzifələr düşür. Yeri gəlmişkən, dövlət başçısı da öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.

Vergi sahəsində son illər aparılan mütərəqqi islahatlar, Vergi Məcəlləsində edilmiş son dəyişikliklər, Azərbaycanda münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlara dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Təsadüfi deyil ki, Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib. Həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur.

Ötən il vergi sahəsində aparılan köklü dəyişikliklər də, sözügedən islahatların məntiqi nəticəsi kimi qiymətləndirilir. Həmin ildə respublikada sahibkarlığın inkişafına yönəlmiş islahatlar, vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və şəffaflığın təmin edilməsi ilə bağlı bir sıra geniş tədbirlər həyata keçirilib. Bundan başqa, keçən il vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində struktur islahatları aparılıb. Elektron xidmətlərin sayının artırılması, nazirliyin veb-saytının funksionallığının genişləndirilməsi və digər sahələrdə də məqsədyönlü işlər görülüb.

Eyni zamanda, Vergilər Nazirliyi vergiödəyiciləri ilə təması minimuma endirmək məqsədilə vergiödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasını da əsas prioritetlərdən biri kimi müəyyən edib. Rəqəmsal Vergi İnzibatçılığı Departamentinin yaradılması da bu məsələyə xidmət edir.

Bəzi statistik rəqəmlərə müraciət edək. 2018-ci ildə nazirliyin xətti ilə büdcəyə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 6,4 faiz çoxdur. Qeyd edək ki, vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da müsbət təsir edib. Belə ki, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərdə 2017-ci illə müqayisədə 11,2 faiz azalma müşahidə olunub.

Ötən il vergi orqanları tərəfindən 15 min 612 nəzarət tədbiri keçirilib. Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq aparılan bu tədbirlər nəticəsində 20,8 milyon manat məbləğində maliyyə sanksiyası hesablanıb. 2018-ci ildə nəzarət tədbiri keçirilməli olan vergiödəyicilərinin düzgün müəyyən edilməsi nəticəsində hər tədbirə düşən maliyyə sanksiyasının məbləği artıb. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması üzrə 2017-ci ildə keçirilmiş 611 tədbir zamanı 749,9 min manat sanksiya tətbiq edildiyi halda, 2018-ci ildə bu göstərici 9,3 dəfə azalaraq 66 olub. Tətbiq edilən sanksiyaların məbləği isə 5,2 dəfə artaraq 3 milyon 891,6 min manata çatıb. Ötən il keçirilən xronometraj tədbirləri zamanı bir təsərrüfat subyektində orta günlük dövriyyə 2017-ci ildə 90,7 faiz artaraq 604 manatdan 1151,7 manata, 2018-ci ildə isə 130 faiz artaraq 769 manatdan 1767 manata çatıb.

Bu ay Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən forumda nazir Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilən ciddi dəyişikliklərlə yanaşı, bəzi aktual məsələlərə də toxunub.

Keçən ilin vergi sistemində əhəmiyyətli dəyişikliklər ili kimi yadda qaldığını vurğulayan nazir bu dəyişikliklərlə bağlı geniş ictimai müzakirələr aparıldığını söyləyib: “Təsadüfi deyildir ki, ölkə başçısı vergi sistemində şəffaflığın təmin edilməsini prioritet vəzifə olaraq müəyyən edib. Çünki biznes mühitinin əlverişliliyi vergi sisteminin fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu baxımdan, vergi sistemində başlanılan yeni islahatlar, vergiödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması istiqamətində sərgilənən yeni yanaşmalar işgüzar mühitdə böyük gözləntilər yaradıb. Bu gözləntiləri biz ötən il ərzində sahibkarlarla, onların ictimai birlikləri, assosiasiyalar və ekspert cəmiyyəti ilə keçirdiyimiz çoxsaylı görüşlərdə aşkar hiss etdik”.

Ümumiyyətlə, 2018-ci il vergi orqanlarının fəaliyyətində ciddi dəyişikliklərlə müşayiət olunub. Həmin il “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması sahəsində vergi xidmətinin başlıca istiqaməti olub. Uçot sisteminin bərpası istiqamətində müvafiq tədbirlər görülüb, geniş maarifləndirmə işi aparılıb. “Kölgə iqtisadiyyatı” ilə mübarizə cari ildə də nazirliyin qarşısında duran prioritet vəzifələrdən biridir. Statistikaya nəzər salsaq görərik ki, hələ 2018-ci ildə vergi orqanlarının iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi aşkarlanıb. Bu, on milyonlarla manat həcmində vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Odur ki, vergilərin yayınması ilə əlaqədar bu cür ciddi qanun pozuntuları ilə mübarizə bu il də davam etdiriləcək.

Nazirlik tərəfindən bu baxımdan 2019-cu ildə keyfiyyətli vergi auditi institutunun inkişafı istiqamətində addımlar atacağı bildirilir. Artıq ötən ildən etibarən yoxlamaların sayının xeyli azalması müşahidə edilir. Məsələn, 2018-ci ildə aktiv fəaliyyət göstərən hər 1000 vergiödəyicisindən yalnız 4-də səyyar vergi yoxlaması aparılıb. Kiçik sahibkarlıq subyektləri isə faktiki yoxlamaya məruz qalmayıb. Digər vacib məqamlardan biri də Azərbaycanda inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə əsaslanan Vergi Ombudsmanı İnstitutunun yaradılmasına qərar verilməsidir.

Ekspertlərin fikrincə, apellyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artıracaq. Bu işdə sahibkara yardımçı olan Vergi Ombudsmanı onların hüquqlarını müdafiə edərək, maraqlarını qoruyacaq. Ən nəhayət, belə bir hüquqi institutun fəaliyyətə başlaması vergiödəyiciləri ilə yanaşı, ölkənin vergi sistemi üçün də faydalı olacaq.

Bir sözlə, tərəflər arasında münasibətlər şəffaflıq və qarşılıqlı etimad prinsipinə uyğun qurulacaq. Bu gün dövlət tərəfindən reallaşdırılan vergi siyasətinin başlıca məqsədi də könüllü əməletməyə nail olmaqla, dövlət-biznes münasibətlərində şəffaflığı və vergiödəyiciləri üçün münbit biznes mühitini təmin etməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Gürcüstan Dəmir Yolu"nun keçmiş baş direktorunun dövlət əmlakını ələ keçirmək üçün mütəşəkkil dəstə yaratdığı açıqlanıb

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır

® “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub

Mustafa Eleskandarani: Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzTU professoru Türkiyədə ustad dərsləri keçib

Türkiyənin Adana şəhərində Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Köhnə çamadanlar” filmi nümayiş etdirilib

Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti RƏY

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa VİDEO

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa VİDEO

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb