“VERGİ XİDMƏTİ GÜNÜ” KEÇİRİLİR
8 saylı Beyləqan Ərazi Vergilər İdarəsi əhatə etdiyi Ağcabədi, İmişli, Beyləqan və Füzuli rayonlarında “Vergi xidməti günü” keçirməyə başlamışdır. Bu tədbir ayda iki dəfə keçiriləcəkdir.
Ərazi Vergilər İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, vergi ödəyiciləri ilə belə görüşlərin keçirilməsi vergilərin hesablanması və ödənilməsinə, vergi bəyannamələrinin düzgün tərtib edilməsinə imkan verəcəkdir. Görüşlər zamanı Vergilər Məcəlləsinə edilən əlavələr və dəyişikliklər barədə söhbətlər aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]