“VERGİMİZİ ÖDƏYƏK – ETİBARLI VƏ REAL GƏLƏCƏK İSTƏYƏK”
Vergilər nazirinin müavini Natiq Əmirov və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov qaliblərin elan olunması mərasimində çıxışlarında bildirmişlər ki, sentyabr ayında başlanan və iki ay çəkən müsabiqəyə 200-dən çox iştirakçı vergi mövzusunda 500-dən çox şüar təqdim etmişdir. Münsiflər heyətinə ən yaxşı devizi seçmək çox çətin olmuşdur, çünki təqdim edilən bütün şüarlar yeniliyi və aktuallığı ilə fərqlənirdi.
Mərasimdə qeyd edilmişdir ki, nazirlik müasir vergi ödəmək təbliğatının aparılmasının tərəfdarı olaraq qalır, bu həm dövlətə, həm də əhaliyə sərfəlidir. Vergi işçiləri bu dəfə də belə tədbir keçirməklə öz məqsədlərinə çatmışlar, çünki müsabiqəyə Azərbaycan əhalisinin geniş təbəqəsinin nümayəndələri cəlb olunmuşdur.
Müsabiqənin qalibinə, ikinci, üçüncü yerlərin sahiblərinə mükafatlar təqdim olunmuş, bəzi şüarların müəlliflərinə həvəsləndirici mükafatlar verilmişdir.
Xatırladaq ki, nazirlik hər il uşaq rəsmləri müsabiqəsi də keçirir. Bundan əlavə, orta məktəblərdə bir neçə vergi kabinetləri təşkil etmiş, əhalinin iştirakı ilə vergi mövzusunda bir sıra tədbirlər keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]