Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən Müharibəsi Qəhrəmanı: Torpağa, xalqa, dövlətçiliyə bağlı olmaq ən ümdə vəzifələrdəndir

Bakı, 28 iyun, AZƏRTAC

Ermənistan silahlı birləşmələrinin başladığı təxribatların qarşısının alınması məqsədilə 2020-ci il sentyabrın 27-də səhər saatlarından Azərbaycan Ordusuna “İrəli” komandası verildi və Horadiz qəsəbəsi, Lələtəpə xəttindən əks-hücum əməliyyatlarına başladıq. Düşmənin ön xəttini yararaq hücumu davam etdirdik. 44 gün ərzində hər gün yalnız irəli gedərək yeni-yeni mövqeləri azad etdik. Savaşın sonuncu gününədək vuruşduq. Çünki düşmənə döyüş meydanında gücümüzü göstərməyə hazır idik və Ordumuzun hərbi qulluqçuları Ali Baş Komandanın bu əmrini səbirsizliklə gözləyirdi. Nəhayət ki, həmin gün yetişdi. Komandirlik etdiyim “N” saylı hərbi hissənin əsgər və zabitləri Vətən müharibəsində onlara verilən bütün tapşırıqları uğurla yerinə yetirdi və hər biri böyük qəhrəmanlıq nümunələri göstərdilər. Azərbaycan Ordusu gücünü ilk gündən nümayiş etdirdi.

Bu barədə Azərbaycan Ordusunun zabiti, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov AZƏRTAC-a açıqlamasında deyib.

Qəhrəman zabit onun rəhbərlik etdiyi briqadanın Şuşakənd istiqamətində gedən döyüşlərdə iştirak etdiyini diqqətə çatdırıb: “Şuşanın düşmən tapdağından xilas edilməsi əməliyyatında rəhbərlik etdiyim briqada Şuşakənd yönündə hərəkət edirdi. Ermənilərin Qarabağdakı ən böyük döyüş sursatı anbarını ələ keçirdik və hücumu Xankəndi istiqamətində davam etdirdik. Həmin həftə hücumu atəşkəsdən sonra dayandırdıq.

Azad etdiyimiz torpaqlarda indi gəzərkən orada şəhidlərimizi dərin hüznlə anır, döyüşçülərimizi daim xatırlayıram. O günlərə dair xoş xatirələr, kədərli anlar da gözümün qarşısından keçir. Döyüş zamanı şəxsi heyətimizin göstərdiyi şücaət, qəhrəmanlıqlar yadıma düşəndə həm təsirlənir, həm də qürrələnirəm. Qəhrəman döyüşçüləri itirməyin ağrı-acısını ömrü boyu qəlbimizdə daşıyacağıq. Yeganə təsəllimiz uğrunda döyüşdüyümüz torpaqlarımızın azad edilməsidir. Ona görə də həmin torpaqlara ayaq basdıqca şəhidlərimizi dərin ehtiramla yad edir, onlara minnətdarlığımızı bildiririk.

Heydər Əliyev adına Hərbi İnstitutda kursantların vətənpərvər ruhda yetişdirilməsində əlimizdən gələni əsirgəmirik

2021-ci ilin iyunundan Heydər Əliyev adına Hərbi İnstitutda rəis müavini vəzifəsində xidmət etdiyini bildirən Nizami Mövlanov deyib ki, həmin institutda gələcəyin kursantların vətənpərvər, cəsur hərbçi kimi yetişdirilməsində əlindən gələni əsirgəmir: “Biz kursantlarımıza qəhrəman şəhidlərimizin şərəfli həyat və döyüş yolunu təbliğ edir, onlara Vətənə, xalqa, dövlətçiliyə bağlı olmağı, daim doğma torpağın keşiyində ayıq-sayıq dayanmağın ən vacib vəzifələrdən biri olduğunu aşılayırıq. Xidmət etdiyim hərbi təhsil müəssisəsində 22 ixtisas üzrə zabit yetişdirilir. Müxtəlif bölgələrdə Azərbaycan Ordusunda qulluq edəcək gələcəyin zabitlərinin ixtisaslı hərbçilər kimi hazırlanmasına çalışırıq.

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın göstərişi ilə Türkiyə modelinə keçib. Yəni Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusu və oradakı təhsil sistemi ilə eyniləşir. Bununla yanaşı, Ordumuz dünyada qabaqcıl dövlətlərin təcrübəsindən faydalanır. Onların yaxşı cəhətlərini seçərək gələcəyimizin zabitlərinin daha bacarıqlı yetişməsinə səy göstəririk. Həmişə çalışırıq ki, onlar həm də intellektual səviyyədə yetişsinlər, cəmiyyətə və xalqımıza faydalı olsun və inkişaf etsinlər.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 illiyi tamam oldu. İkinci Qarabağ müharibəsinə qədər “Kaş gələn Silahlı Qüvvələr Gününü işğaldan azad olan torpaqlarımızda qeyd edək”, - deyə arzulayırdıq. Bu gün biz artıq həmin ərazilərdəyik və 105 illiyimizi Qalib Ordunun hərbi qulluqçuları kimi qürurla qeyd edirik".

Azərbaycan Ordusu torpaqlarımızı hərb yolla azad etməyə hər zaman hazır idi

Nizami Mövlanov bildirib ki, Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində islahatlar aparıldı, orduda təşkilatlanma həyata keçirildi. Yəni yeni hərbi hissələr, ordu korpusları yaradıldı və komandir heyəti təlim-tədrisə cəlb edildi. Yeni komandirləri yetişdirmək üçün hərbi məktəblərdə tədris bazası yenidən yaradıldı və Azərbaycan Ordusu inkişaf etməyə başladı. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi tədbirlər müstəsna əhəmiyyətə malikdir. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu torpaqlarımızı hərb yolu ilə azad etməyə hər zaman hazır idi. Həmin zaman yetişəndə isə Ordumuza cəmi 44 gün vaxt lazım oldu. İllərin keçilməz istehkamlarını qısa müddətdə yaran Azərbaycan Ordusu üçrəngli bayrağı Şuşada dalğalandırmağa nail oldu. Azərbaycan Ordusunun müasir döyüş taktikası və xüsusilə, Şuşanın azad edilməsi əməliyyatı dillərə dastan oldu.

Vətən müharibəsində hərbi qulluqçularımızın igidliklərindən danışan polkovnik döyüşdəki maraqlı məqamlardan da bəhs edib: "Müharibə zamanı hərbi qulluqçularımız çoxsaylı qəhrəmanlıq nümunələri göstərdilər. Düşmən bizə müqavimət göstərə bilmirdi və mövqelərini qoyub qaçırdı. 44 günlük savaş ərzində döyüşün ilk günündən son anınadək döyüş meydanında olduq. O zaman mən briqada komandiri idim. Hazırda AZƏRTAC-da çalışan Vətən müharibəsi iştirakçısı Mehrac Ağasıyev əsgərim olub. Hər kəsin məqsədi, amalı bir idi: Vətən torpağını işğaldan azad edək, nəsib olarsa, evimizə üzüağ qayıdaq. O zaman hər bir hərbi qulluqçu yalnız Qələbəyə köklənmişdi. Ən çox yadda qalan məqamlar 30 illik istehkamları yaranda oldu. Biz döyüşə Lələtəpə istiqamətindən daxil olmuşduq. Düşmən azad etdiyimiz əraziləri bizdən geri almağa cəhd edirdi. Lakin onlar nə qədər cəhd etsələr də, daha çox itki verib geri çəkildilər. Sonuncu düşmən səngərinə kimi şəxsi heyət dayanmadan döyüşürdü. Yəni elə bil əsgərlərimiz həmin günü gözləyirdi. “İrəli” komanda verməzdən, atəş hazırlığı gedəndən əvvəl belə hətta görürdük ki, artıq şəxsi heyət döyüşdə ön xətti keçib. Yəni yaxşı silah, müasir texnika ola bilər, lakin əsas məsələ onu idarə edə bilən, yaxud ondan atəş aça bilən peşəkar hərbi qulluqçunun olmasıdır. Bax, biz bu uzun illər ərzində hərbi qulluqçuların peşəkar olması üçün çalışdıq. Əziyyətimizin bəhrəsini Vətən müharibəsində gördük. Biz Cəbrayılın Nüzgar kəndi uğrunda dörd gün ancaq əks-hücum dəf etmişik. Düşmən bütün günü əks-hücum edərək bizi kənddən çıxarmağa çalışsa da, buna nail olmadı. Hər əks-hücumu uğurla dəf edərək irəlilədik. Son nəticədə Ordumuz öz missiyasını yüksək səviyyədə yerinə yetirərək Şanlı Qələbə qazandı".

Polkovnik Nizami Mövlanov Cəbrayıl, Füzuli rayonunun bir sıra kəndlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ və Domu kəndlərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Dövlətimizin başçısının müvafiq sərəncamları ilə igid zabitimiz “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, eləcə də Azərbaycan Prezidenti adından müdafiə nazirinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” və digər medallarla da təltif edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunub. Onlardan 34 nəfəri ölümündən sonra bu ada layiq görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq