Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş müraciətlərinə baxılmasında əsas meyar ədalət prinsipidir

Bakı, 21 may (AZƏRTAC). Dövlətimizin başçısı İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, fevralın 12-də “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, həmçinin 2013-cü il aprelin 14-də keçirilən, bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirmiş, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb etmişdir. Bu, ictimaiyyət tərəfindən çox yaxşı qarşılanmış və vətəndaşların dövlət qurumlarına daxil olan müraciətlərində də öz əksini tapmışdır.

AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan respublikada vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə ətraflı məlumat verməsini xahiş etmişdir. S.İsmayılov demişdir:

- İli ilindən, günü günündən uğurlu başlayan Azərbaycanın iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərin, uğurların miqyası durmadan genişlənir. Ölkənin iqtisadi və müdafiə qüdrəti, elmi-texniki inkişafı, bütün sahələrdə tərəqqisi onu regionun öncül dövlətləri sırasına çıxarmışdır. Ötən ili yeni yüksəliş pillələrində başa vuran respublikamız artıq bu ilin demək olar beş ayını arxada qoymuş, qısa müddət ərzində Azərbaycanın tarixinə maraqlı və yaddaqalan səhifələr yaza bilmişdir. Azərbaycan kosmik dövlətlər sırasına daxil olmuş, region ölkələri arasında birinci olaraq öz telekommunikasiya peykini kosmosa çıxarmış, artıq onu müstəqil idarə etməyə, həmçinin növbəti yeni peyklərin hazırlanması üçün sifariş verməyə başlamışdır. Azərbaycanda ən müasir texnologiyaların tətbiq olunduğu sənaye sahələrinin yaradılması, yeni müəssisələrin işə salınması davam edir.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Azərbaycan vətəndaşları dövlətimizin başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər.

Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir... biz 2013-cü ildə keyfiyyətcə daha böyük nəticələr görəcəyik”. Təbiidir ki, bu nəticələr, ilk növbədə, əhalinin güzəranında özünü göstərəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev özünün müəyyən etdiyi sosial siyasətin ardıcıl həyata keçirilməsinə həmişə böyük diqqət yetirmiş və yetirir. Prezidentin qeyd etdiyi kimi, bu il də maaşların, pensiyaların artırılması, müxtəlif sosial proqramların icrası, sosial infrastrukturun yaradılması, bütün bölgələrdə səhiyyə və təhsil müəssisələrinin, digər sosial obyektlərin tikintisi davam etdiriləcəkdir.

Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan dövlətinin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə qeyd edir, bunu respublikanın hər yerində həyata keçirilən geniş infrastruktur layihələri ilə və bilavasitə əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması üçün gördüyü tədbirlərlə təsdiq edir.

Azərbaycanın müstəqillik illərində, xüsusilə son 10 ildə qazandığı nailiyyətlər artıq dünyanın aparıcı ölkələrində belə heyrət doğurur və bu, ilk növbədə İlham Əliyev fenomeni ilə, onun yeni düşüncə tərzinə malik rəhbər olması ilə əlaqələndirilir. Bu baxımdan 2013-cü ilin aprelində Böyük Britaniyanın “The Buisness Year” jurnalının Prezident İlham Əliyevdən aldığı və öz səhifələrində geniş yer verdiyi müsahibədə göstərilən faktlar və rəqəmlər ibrətamizdir. Həmin müsahibədə son 10 ildə ölkəmizdə gedən böyük quruculuq işlərindən, tikilən yüzlərlə təhsil, mədəniyyət, idman qurğularından, qaçqın və məcburi köçkünlər üçün salınan onlarla müasir şəhərcikdən, əhalinin güzəranını yaxşılaşdırmaq üçün görülən tədbirlərdən, o cümlədən sovet dövründən qalan əmanətlərin qaytarılmasından, həmçinin yaxın dövrdə görüləcək böyük işlərdən söz açılır.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, respublikanın əsas inkişaf istiqamətlərindən biri də ən müasir avadanlıq və texnologiyaları gətirməklə, dünyanın inkişaf etmiş ölkələrində bütün sahələrdə mövcud olan müsbət təcrübədən istifadə etməklə Azərbaycanı sözün həqiqi mənasında ən müasir dövlətə çevirməkdir.

Bu baxımdan dövlətimizin başçısının məqsəd və vəzifələri hamıya aydındır və özü dəfələrlə bunu açıq şəkildə bildirmişdir. Azərbaycan Prezidenti dünyanın qabaqcıl təcrübəsinin bütün sahələrdə tətbiqini mühüm vəzifə kimi qarşıya qoyur, bunu hamıdan qətiyyətlə tələb edir, iqtisadi münasibətlərin inkişaf etdirilməsini, idarəetmədə müasir ödəmə sistemlərinin tətbiqini, vətəndaşların öz gündəlik problemlərini maneəsiz həll etməsini, onların dövlət orqanlarında bürokratiya və süründürməçilik halları ilə üzləşməməsini, cəmiyyətdəki mənfi halların aradan qaldırılmasını idarəetmənin vacib şərti hesab edir.

Ölkənin rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə saflığın, təmizliyin və şəffaflığın təntənəsinə çalışan Prezident İlham Əliyev bu işdə bilavasitə vətəndaşların problemləri ilə əlaqədar olan, onlarla gündəlik ünsiyyətdə olan dövlət məmurlarının qarşısında ciddi vəzifələr qoyur və qəti surətdə tələb edir: “... dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər... Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və Vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır”.

Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında Azərbaycanın birinci yerə layiq görülməsi, “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna keçməsi uğurlu sosial-iqtisadi siyasətin göstəricisidir. BMT yanında İnkişaf və Artım Komissiyası son məruzəsində qeyd etmişdir ki, 1950-ci ildən sonra belə sürətli inkişafa 13 ölkə nail olub. Bu, Azərbaycanın böyük uğurudur. 2012-ci ilin sonunda Avropa İttifaqının maliyyələşdirdiyi “Avropa Qonşuluq Barometri” sorğusunda bildirilir ki, 1000 respondentdən 92 faizi Azərbaycan hökumətinə inanır.

Bu gün hər bir Azərbaycan vətəndaşı Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquqlarından istifadə edə və yaşadığı kəndin, rayonun, şəhərin problemlərini müvafiq dövlət orqanları qarşısında qaldıra bilir.

Hər gün Prezident Administrasiyasına vətəndaşlardan daxil olan müraciətlərdə qaldırılan məsələlərin həlli üçün müvafiq qanunvericiliyə uyğun olaraq müxtəlif araşdırma, nəzarət və təhlil formalarından istifadə olunur, vətəndaşların Prezident Administrasiyasında keçirilən şəxsi qəbullarında onları narahat edən problemlərin operativ həlli üçün əlaqədar dövlət orqanları və təşkilatlar qarşısında məsələ qaldırılır. Bu işdə müraciətlərə nəzarətlə baxılması və belə müraciətlərlə əlaqədar görülən tədbirlər xüsusi qeyd olunmalıdır.

Prezident Administrasiyasında bilavasitə nəzarət qaydasında baxılmış müraciətlərin sayı bu il daha da artmış, onların bir çoxu müsbət həll olunmuş, qalanları barədə müvafiq izahat verilmiş, qaldırılan bir sıra məsələlərin həlli növbəti illərin inkişaf planlarına salınmışdır. Məhz vətəndaşların əsaslı müraciətlərinin araşdırılması nəticəsində təkcə bu ilin əvvəlindən ayrı-ayrı vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmiş, bəziləri işdən kənarlaşdırılmışdır.

Azərbaycan vətəndaşlarının Prezident Administrasiyasına göndərdikləri müraciətlərin ərizə, şikayət və təklif olmasından asılı olmayaraq onların hamısını birləşdirən bir fikir var ki, bu, bütün müraciətlərin içərisindən qırmızı xətt kimi keçir: “Mən Prezidentə çox inanıram və onun siyasətini dəstəkləyirəm”. Bunu əks etdirən yüzlərlə nümunə göstərmək olar.

Vətəndaşlar Prezident Administrasiyasına göndərdikləri çoxsaylı müraciətlərində onların problemlərinin həll olunmasına, göstərilən qayğı və diqqətə görə minnətdarlıq hisslərini ifadə etməyi özlərinə borc bilirlər. Təkcə bu ilin əvvəlindən bilavasitə problemlərinin həlli ilə əlaqədar vətəndaşlardan yüzlərlə təşəkkür məktubu daxil olmuşdur. Vətəndaşlarımız bu müraciətlərində respublikanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirirlər.

Prezident Administrasiyasına müraciət edən hər bir Azərbaycan vətəndaşı çox gözəl bilir ki, burada hər bir müraciət diqqətlə araşdırılır, qaldırılan problemlərin həlli üçün tədbirlər görülür. Eyni zamanda, müraciətlərə baxılmasının yaxşılaşdırılması üçün lazımi yeniliklər həyata keçirilir.

İndi elə bir dövr gəlib çatmışdır ki, dövlət strukturları ilə əhali arasında əlaqələr get-gedə sadələşir, bu işdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı böyük rol oynayır. Əhalinin böyük əksəriyyətinin müasir kommunikasiya vasitələrindən, o cümlədən internetdən istifadəsinin adi hal aldığı indiki şəraitdə hakimiyyətlə vətəndaşların qarşılıqlı münasibətlərinin sadələşdirilməsi davam etdirilir. Artıq öz telekommunikasiya peykinə sahib olan Azərbaycan bu istiqamətdə işləri daha da sürətləndirir və bütün dünyanı bürüyən internet şəbəkəsi sistemində hakimiyyətin xalqla interaktiv qarşılıqlı əlaqələrini inkişaf etdirir.

Vətəndaşlarla əlaqələrin təkmilləşdirilməsi üçün tətbiq olunan yeniliklərdən bəzilərini qeyd etmək yerinə düşərdi. Keçən ilin sonlarından başlayaraq hazırlanıb tətbiq edilmiş yeni proqram əsasında Azərbaycanda vətəndaşların elektron qəbula yazılması təmin edilmişdir. Artıq vətəndaşlar Bakıya gəlmədən Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbuluna yazıla bilirlər. Bunun üçün onlar yaşadıqları şəhər və rayondan Prezidentin rəsmi saytı vasitəsilə istədikləri vəzifəli şəxsin qəbuluna yazılır və təsdiq edilmiş cədvələ uyğun olaraq qəbula gəlirlər. Bu ilin əvvəlindən yüzlərlə vətəndaş məhz elektron formada qəbula yazılmaq üçün müraciət etmiş, bir çoxu qəbula yazılmış, yaxud kimə və haraya müraciət etməli olduqları barədə onlara elektron izahat verilmişdir. Eyni zamanda, Prezidentin rəsmi saytının “Vətəndaşların müraciətləri” xanası müntəzəm olaraq təkmilləşdirilir, bu barədə vətəndaşlara vaxtaşırı məlumatlar verilir. Vətəndaşların sayt vasitəsilə müraciət etməsi üçün imkanların genişləndirilməsi sahəsində müntəzəm iş aparılır. Bunu da xüsusi qeyd etmək lazımdır ki, artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanları vətəndaşların birbaşa videoqəbulunu təşkil etməkdədirlər.

Prezident Administrasiyasında əvvəlki illərdə olduğu kimi, bu il də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə məlumatlar hərtərəfli təhlil edilir, bu məsələyə harada və nə dərəcədə məsuliyyətlə yanaşıldığı, yaxud diqqətsizlik göstərildiyi öyrənilir, təhlillər nəticəsində əldə olunmuş məlumatlar əsasında müvafiq tövsiyə və təkliflər verilir, görüləcək tədbirlər dəqiqləşdirilir.

2012-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin əvvəlindən indiyədək Prezident Administrasiyasına daxil olan müraciətlərin mövzular üzrə təhlili göstərir ki, ayrı-ayrı mövzular, o cümlədən dövlət qulluğuna qəbul, mənzil, tikinti, məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyəti, ipoteka kreditlərinin verilməsi ilə bağlı müraciətlərin sayı artsa da, şəhər və rayon icra hakimiyyətlərinin, o cümlədən onların nümayəndələrinin fəaliyyəti, özəlləşdirmə, ekologiya, sosial müdafiə, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, məişət və su təchizatı məsələləri üzrə müraciətlərin sayı azalmışdır. Vətəndaşların qəbulu ilə bağlı müraciətlərdə qəbulların bəzən birinci şəxslərin özlərinin aparmadığı, ayrı-ayrı idarələrdə müraciətlərə vaxtında cavab verilmədiyi, qəbul zamanı verilmiş vədlərin heç də həmişə yerinə yetirilmədiyi göstərilir və belə halların aradan qaldırılması xahiş edilir. Müraciətlərin növlərinə gəldikdə isə qeyd etməliyik ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə şikayətlərin faiz nisbəti azalmışdır.

Vətəndaşların problemlərinin daha yaxından öyrənilməsi və bilavasitə yerlərdə müvafiq tədbirlər görülməsi məqsədilə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikanın mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları rəhbərlərinin yerlərdə səyyar qəbullar keçirmələri vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır və Prezident tərəfindən vətəndaşlara göstərilən birbaşa qayğı və diqqət kimi qiymətləndirilir.

Təkcə aprel ayında respublikanın 20 mərkəzi icra hakimiyyəti orqanının rəhbərləri tərəfindən müxtəlif regionlarda 60 şəhər və rayonu əhatə edən qəbullarda 2 min nəfərə yaxın vətəndaş qəbul edilmiş, onların qaldırdıqları məsələlərin əksəriyyəti nəzarətə götürülmüş, əsaslı müraciətlər müsbət həll olunmuş, qalanları barədə isə lazımi tədbirlər görülür. Bu qəbulların əsas məqsədi yerlərdə əhali ilə birbaşa ünsiyyət yaradılması, real vəziyyətin öyrənilməsi və mümkün olan hər bir məsələnin operativ həll edilməsidir.

Hər bir qəbulda vətəndaşların diqqət və qayğı ilə dinlənilməsi, problemlərin nə dərəcədə əsaslı olub-olmadığının öyrənilməsi, həlli mümkün olan məsələlər barədə dərhal lazımi göstərişlər verilməsi artıq qaydaya çevrilmiş və bu iş ardıcıl olaraq davam etdirilir. Belə qəbullar hər bir rayon və şəhər icra hakimiyyətinin başçısı, həmçinin mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri tərəfindən müntəzəm olaraq bundan sonra da keçiriləcək, ölkə əhalisini narahat edən məsələlər öz həllini tapacaqdır.

Azərbaycan dövlətinin başçısı İlham Əliyevin şəhər və rayonlarımızda aparılan böyük quruculuq işləri ilə yerində tanış olmaq, həmçinin insanlarla görüşmək üçün regionlara səfərləri, yeni istifadəyə verilən müxtəlif obyektlərin açılışında iştirak etməsi, bu işlərin daha sürətlə aparılması üçün əlavə vəsait ayırması bu il də davam etmiş, Prezidentin 36 sərəncamı ilə onun ehtiyat fondundan və dövlət büdcəsindən 146 milyon manatdan artıq vəsait ayırmışdır. Təkcə Mingəçevir şəhəri ilə əlaqədar 4 sərəncam verilmişdir ki, bu da şəhər sakinlərinin çoxsaylı minnətdarlıq məktublarında öz əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mütəmadi olaraq vətəndaşların rəy və təkliflərini özü də öyrənir, ilk növbədə, bütün məsələlərdə ədalətli qərarlar qəbul olunmasını ön plana çəkir. Azərbaycan Prezidenti bu il aprelin 14-də keçirilmiş iclasda bildirmişdir: “Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim əsas Qanunumuz - Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz”.

Azərbaycan Prezidenti həmin iclasda respublikada bu il görüləcək mühüm işlər sırasında bilavasitə əhalini daha çox düşündürən və narahat edən məsələlərin də həll olunacağını inamla bildirmişdir. Bunlardan ən başlıcası şəhər və kəndlərimizin, xüsusilə Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, Bakıətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması, kənd yollarının, qəsəbədaxili və qəsəbələrarası yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, əhalinin rahatlığı üçün “ASAN xidmət” qurumunun fəaliyyətinin genişləndirilməsi, bu sahədə səyyar xidmətlər təşkil edilməklə respublikanın daha geniş ərazisinin əhatə olunması, kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, bununla da ölkənin etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin tikilib istifadəyə verilməsi, turizm və kurort işinin inkişafının təmin edilməsi və sair vəzifələrdir.

Ümidvarıq ki, bu vəzifələr hər bir dövlət hakimiyyəti orqanı tərəfindən ardıcıl yerinə yetiriləcək, o cümlədən vətəndaşların problemləri daha dərindən öyrənilərək həll ediləcək, çoxsaylı məmur ordusu vətəndaşlara daha çox diqqət və qayğı göstərəcəkdir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb