Videomüşahidə “Əşyalar interneti” üçün qlobal hökumət xərclərinin strukturunda ən böyük paya sahib olacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
"Gartner" tədqiqat şirkətinin məlumatına görə, küçə videomüşahidə sistemləri "Əşyalar interneti (IoT)" üçün qlobal hökumət xərclərinin strukturunda ən böyük paya sahib olacaq.
AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, analitiklərin proqnozuna görə, 2020-ci ildə dünyada "Əşyalar interneti"nə dövlət xərcləri 14,7 milyard dollar təşkil edəcək ki, bu da ötənilki göstəricidən 6 faiz daha çoxdur. 2021-ci ildə 18 faiz artım (17,4 milyard dollaradək) gözlənilir.
2020-ci ildə "IoT" üçün dövlət xərclərinin ümumi məbləğinin 48 faizi Çinin payına düşəcək, ABŞ və Qərbi Avropanın töhfəsi müvafiq olaraq 16 faiz və 15 faiz qiymətləndirilir.
Proqnozlaşdırılan xərclərin təxminən yarısı (45,6 faiz və ya 6,7 milyard dollar) küçə videomüşahidə sistemlərinə sərf olunacaq. Gələn il bu kateqoriya yenə üstünlük təşkil edəcək.
"Gartner" şirkətində belə hesab edirlər ki, 2021-ci ilədək hər min şəhər sakininin payına 8 küçə videomüşahidə kamerası düşəcək. Bu, 2019-cu ilin göstəricisindən 33 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]