VİTALİ MUTKO: DÜNYA ÇEMPİONATINA DAİR QƏRAR SENTYABRIN 19-DA QƏBUL EDİLƏCƏKDİR
Bakı, 26 aprel (AZƏRTAC). Rusiya KİV-ləri xəbər verirlər ki, bu ölkənin idman naziri və RF Futbol İttifaqının prezidenti Vitali Mutko təsdiq etmişdir ki, 2018-ci, yaxud 2022-ci illərdə dünya futbol çempionatının keçirilməsi üçün Rusiyanın namizədliyinin irəli sürülməsi barədə qərar sentyabrda qəbul ediləcəkdir. O demişdir: “Dünya çempionatının keçirilməsi üçün namizədliyin irəli sürülməsi həm İdman Nazirliyi, həm də hökumət üçün asan qərar deyildir. Çünki müəyyən maliyyə problemləri vardır. Lakin gələcəyə də baxmaq lazımdır. Böhran gəldi-gedərdir, futbol isə qalandır. Zənnimcə, belə səviyyəli turnirin ölkəmizdə keçirilməsi cəmiyyətin həyatında parlaq hadisəyə çevriləcəkdir. Hazırlıq proqramına Moskva və Sankt-Peterburqdan başqa Kazan, Krasnodar, Rostov, Soçi, Yaroslavl, Nijni Novqorod, Volqoqrad şəhərləri də daxil edilmişdir. Ərizə verib-verməyəcəyimiz barədə öz qəti mövqeyimizi isə sentyabrın 19-dək qəti bildirməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]