Vokşi Albana: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 11-də prezident seçkilərində səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda prezident seçkilərini izləyən Cənub-Şərqi Avropa ölkələrindən olan qadınlardan ibarət Seçki Monitorinq Qrupunun müşahidə missiyasının üzvü Vokşi Albana müşahidələrin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Vokşi Albana qeyd edib ki, baş çəkdikləri seçki məntəqələrində səsvermənin sərbəst şəkildə aparıldığını müşahidə ediblər. O deyib: “Biz GISDI qeyri-hökumət təşkilatının böyük müşahidə missiyasının tərkib hissəsi olaraq seçkiləri müşahidə etdik. Səsvermə prosesi sakit, kənar müdaxilələr olmadan həyata keçirildi. Qanun pozuntusu hallarına rast gəlmədik. Səsvermə prosesində məntəqələrin daxilində və ya yaxınlığında kənar şəxslərin və polislərin olmasını müşahidə etmədik. Səsvermə ümumilikdə şəffaf keçib. Seçkilər beynəlxalq standartlara uyğun idi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]