Voleybol üzrə İsrail millisi dünya çempionatının seçmə mərhələsini qələbə ilə başa vurub
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də Bakı İdman Sarayında qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu günün ilk qarşılaşması Norveç və İsrail voleybolçuları arasında oynanılıb.
AZƏRTAC xəbər verir ki, İsrail millisi görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Matçın birinci setində İsrail təmsilçiləri 25:19 hesabı ilə üstün olublar. Lakin Norveç yığması ikinci hissədə rəqiblərini böyük hesabla məğlub edib - 25:15. Qarşılaşmanın üçüncü və dördüncü setində israillilər təşəbbüsü ələ alaraq asanlıqla qalib gəliblər - 25:17 və 25:15. Beləliklə, İsrail millisi turnirdə ikinci qələbəsini qazanıb.
Günün mərkəzi qarşılaşması Azərbaycan və Hollandiya yığmaları arasında keçiriləcək. “E” qrupunun sonuncu matçında isə Ukrayna və Danimarka komandaları üz-üzə gələcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]