“Vulverhempton”un sabiq futbolçusu Azərbaycan klubuna keçib
Bakı, 28 sentyabr, AZƏRTAC
“Səbail” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, “dənizçilər” fransalı mərkəz müdafiəçisi Silven Delandı transfer edib.
Kamerun əsilli 26 yaşlı oyunçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. O, Bakı klubunda 3 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Silven Deland karyerası ərzində İngiltərənin “Vulverhempton”, “Portsmut”, İspaniyanın “Kumilya”, Rumıniyanın “Arges” və Macarıstanın “Debretsen” klublarında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]