Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Vüqar Rəhimzadə: Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak Azərbaycanın təşəbbüskar mövqeyini təsdiqləyir

Bakı, 18 may, AZƏRTAC

Prezident İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsi olan ikitərəfli əməkdaşlıqda qazandığı uğurlara işıq salır. Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda ölkələr arasında siyasi, iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır, bu halda dövlət başçısı İlham Əliyevin qurumun Zirvə görüşündə iştirakına verilən önəmi şərtləndirən amillər bəlli olur. Prezident İlham Əliyevin milli maraqların qorunmasına əsaslanan xarici siyasəti Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini daha da möhkəmləndirir. Ölkəmizin sülh, təhlükəsizlik, yeni körpülərin qurulması üçün əməkdaşlıq çağırışları beynəlxalq səviyyədə təqdir edilir. Azərbaycan birləşdirici, sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması da özündə mühüm məqamları ehtiva edir.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından əvvəl etdiyi çağırış hazırkı dövrdə də öz aktuallığını qoruyur. Ulu Öndər dünya təcrübəsinə istinad edərək bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Regional çərçivədə başlanan əməkdaşlığın coğrafiyasını bu gün daha da genişləndirilməsi, Azərbaycanın bütün qitələrdə dost, tərəfdaş qazanması da bunun bariz nümunəsidir. Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələrin reallaşdırılması Avropa üçün enerji təchizatının şaxələndirilməsinə və bu qitənin ölkələri ilə strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Azərbaycanın Albaniyada keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı Avropa qitəsində dialoq və əməkdaşlığa verdiyi əhəmiyyəti, təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir. Ölkəmiz 2022-ci ildə Praqada keçirilən ilk toplantıdan etibarən “Avropa Siyasi Birliyi”nin sammitlərində fəal iştirak edir. Bu isə Azərbaycanın qarşılıqlı siyasi fəaliyyət və regional inteqrasiya üçün yeni platformalarda maraqlı tərəf olduğunu göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, mayın 16-da Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Zirvə toplantısında müzakirəyə çıxarılan məsələlərin hər birinə ayrı-ayrılıqda diqqət yetirdikdə Azərbaycanın böyük uğurlara imza atmasının, zəngin təcrübəyə malik olmasının şahidi olarıq. Azərbaycan innovasiyalar ölkəsi kimi tanınır. Dünyada tətbiq olunan hər bir mütərəqqi yeniliyin, təcrübənin Azərbaycanda tətbiqi qarşıya qoyulan əsas hədəflərdəndir. İqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi ölkəmizin regionda və dünya siyasətində rolunu daha da artırır. Tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salsaq görərik ki, Azərbaycan yaratdığı yeni reallıqlarla yeni dünya nizamının formalaşdırılmasına davamlı töhfələr verir.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan son illərdə həm Şərq, həm də Qərb istiqamətində uğurlu diplomatik fəaliyyət həyata keçirərək çoxvektorlu xarici siyasət modelini uğurla reallaşdırır. Hər bir səfərdə, beynəlxalq tədbirdə diqqət göstərilən əsas məsələlərdən biri Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olmasını təsdiqləyən COP29 iqlim konfransına ev sahibliyi etməsidir. Ötən il Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru olan COP29 Azərbaycanın söz sahibliyini, ən uğurlu nəticələri qazanmaq imkanına malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşdü. Antonio Koşta və Ursula fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər. Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu qeyd etdi.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan çoxqütblü dünya nizamında regional və orta güc modelini təqdim edir. Tarixi Zəfərə imza atan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətidir. Ölkəmiz qlobal ədalət prinsipinin müdafiəsində fəal mövqe nümayiş etdirən dövlətlərdən biri kimi nüfuz qazanıb.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, yuxarıda qeyd etdiklərimiz Azərbaycanın “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarında iştirakına böyük əhəmiyyət verildiyini aydın əks etdirir. Qarşılıqlı etimad mühitinin qorunması, hər bir addımda ədalətin, beynəlxalq hüququn tərəfində olması Azərbaycanın bundan sonra da söz sahibliyini təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib

Nazir müavini: Taxıl biçininin qısa müddətdə və məhsul itkisinə yol verilmədən həyata keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb

Azərbaycanın futbol mütəxəssisləri Avropa çempionatını izləyirlər

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Cevdet Yılmaz: Türkiyədən Suriyaya qayıdanların sayı 270 mini keçib

Stefano Pioli yenidən İtaliyaya qayıdır

Prezident Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan tərəfi İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir

Ədəbiyyat Muzeyində Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Qanunvericiliyi pozan taksi şirkəti cərimələnib

Paytaxtda ifşa olunmamaq üçün otellərdə gecələyən narkotacir saxlanılıb

İordaniya hökuməti: Ölkə heç bir münaqişə üçün döyüş meydanı olmayacaq

Polşanın nüfuzlu “Wnet” radiosu Qərbi Azərbaycan barədə material hazırlayıb

Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə infotur təşkil olunub

Azərbaycan ilə Özbəkistan arasında əmək və məşğulluq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üç məsələni plenar iclasa tövsiyə edib

Mark Zukerberq rəqiblərinə çatmaq üçün süni intellekt üzrə yeni ekspert komandası formalaşdırır

Abel Məhərrəmov: Qərbi Azərbaycana qayıdış ideyası dövlətçilik ideologiyasının bir hissəsinə çevrilir

BDU-da Milli Qurtuluş Günü qeyd olunub

Avropa çempionatının qalibi olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb

“Real Madrid” 17 yaşlı argentinalı futbolçunu transfer edib

Şirvanda “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbiri keçirilib

Laçın şəhərinin Baş planı təsdiqlənib

İrana qarşı hərbi əməliyyat fonunda İsrailin xarici ölkələrdə səfirlikləri fəaliyyətini dayandırıb

“Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan Elçin Təhməzovun ölkəmizə gətirilməsi ilə bağlı zəruri tədbirlər davam etdirilir

Azərbaycanın müdafiə naziri Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycan təmsilçisi Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

Qarabağ Dirçəliş Fondunun layihələri və tərəfdaşlıq imkanları təqdim olunub

İtaliyanın Baş naziri Yaxın Şərqdəki gərginlik fonunda hökumətin iclasını çağırıb

Belarus XİN İsrail-İran gərginliyinin artmasından dərin narahatlığını bildirib

Murrill göbələk kulturalarından əldə edilən ikincili metabolitlərin katalizator kimi istifadə imkanları öyrənilib

ADAU ilə “Agro Dairy” arasında əməkdaşlıq əlaqələri genişləndirilir

Xilaskarlıqdan Zəfərə aparan dövlətçilik iradəsi ŞƏRH

ADSEA bu ilin 5 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb

Serbiyada gələn ilin sonunda və ya 2027-ci ilin əvvəlində seçkilər keçiriləcək

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

“Fənərbağça” Kayl Uolker ilə danışıqlara başlayıb

İngiltərədə qan xərçəngi ilə mübarizədə yeni müalicə üsulu tətbiq olunacaq

Vuçiç İsrail-İran münaqişənin neftin qiymətinə təsirindən danışıb

İsraillə İran arasında gərginlik artdı VİDEO

İsraillə İran arasında gərginlik artdı VİDEO

Təşkilatçılar Bakı Piano Festivalının təfərrüatlarını açıqlayıblar

“Azərreyl” italiyalı baş məşqçisi ilə müqaviləni uzadıb - EKSKLÜZİV

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib

Moskvadan Pekinə turist axını 83 faiz artıb

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2

Türkiyədə ilk “turistik” ekspres qatarı fəaliyyətə başlayıb

Şuşa Bəyannaməsi Azərbaycanın və bütövlükdə regionun təhlükəsizliyinin zəmanətidir - RƏY

Azərbaycanlı tələbə ABŞ-ın nüfuzlu universitetinin 100 min dollarlıq təqaüdünü qazanıb MÜSAHİBƏ

Politoloq: Milli Qurtuluş Günü milli iradənin, güclü liderliyin və dövlətçilik prinsipinin simvoludur

Əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri Ağdam rayonunda davam etdirilir

ABŞ Prezidenti İranı nüvə proqramı üzrə razılığa gəlməyə çağırıb

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi olub

İsrailə aviareyslər həyata keçirən yeganə İtaliya şirkəti Təl-Əvivə uçuşları dayandırıb

Kürdəmirdə respublikada taxıl biçini prosesinin mütəşəkkil təşkilinə həsr olunmuş regional müşavirə keçirilib

Misirin "Dünyanın məşhur mətbəxlərinə səyahət" verilişində Azərbaycandan bəhs olunub

Azərbaycan cüdoçuları dünya çempionatının ilk günündə medal qazana bilməyiblər

Abşeron rayonunda kompleks mülki müdafiə təlimi keçirilib

Azərbaycanda yay turizm mövsümü başlayıb - “Şahdağ” Turizm Mərkəzinə mediatur FOTO

Azərbaycan millisi Bakıda Moldova ilə iki yoxlama görüşü keçirəcək

Gürcüstanda 13 iyun faciəsindən 10 il ötür

Beynəlxalq axtarışa verilmiş daha 3 nəfər ölkəmizə ekstradisiya edilib

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib

Ukrayna Rusiya aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb

Xalq rəssamı Əşrəf Heybətov: Məqsədim Vətənimin gözəlliyini vəsf etməkdir – MÜSAHİBƏ

Şuşa Bəyannaməsi - Zəfər tariximizin zirvəsi ŞƏRH

AZAL Yaxın Şərqdə baş verən hadisələr səbəbilə bir sıra aviareysləri ləğv edib

Dənizkənarı Milli Parkda “Gimnastika hamı üçün” növü üzrə beynəlxalq turnir keçiriləcək

İstanbulda Türk Dünyası Qeyri-Hökumət Təşkilatlarının I Məşvərət Toplantısı keçirilib

İsrail-İran böhranı: BMT tərəfləri təmkinli olmağa çağırıb

"Şahdağ"da keçiriləcək Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları ilə bağlı infrastruktur işlərinə başlanılıb

İordaniya Hava Qüvvələri ölkə səmasına daxil olan raket və PUA-ları zərərsizləşdirib

İtaliya XİN İran və İsraildəki vətəndaşlarına xəbərdarlıq edib

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna start verilib

İzmirdə meşə yanğınının söndürülməsi üçün ciddi mübarizə aparılır

Ukrayna XİN Yaxın Şərqdə baş verənlərə münasibət bildirib

Kənan Quluzadə: 2030-cu ilə qədər turizm sektorunda ÜDM istehsalının 11,5 milyard manata çatacağı proqnozlaşdırılır

® “Expressbank”ın İdarə Heyətinə - YENİ TƏYİNAT

Sosial müavinət və təqaüdlərin artırılması Azərbaycan vətəndaşının rifahına xidmət edən strateji qərardır - ŞƏRH

DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Çexiya kibertəhlükəsizlik tədbirlərini gücləndirir

Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsidir ŞƏRH

Moldova XİN vətəndaşları İsrailə səfərdən çəkinməyə çağırıb

“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi aparılıb

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçiriləcək

Rusiya XİN İran ilə İsrail arasında tammiqyaslı müharibəyə imkan verməməyə çağırıb

Taxıl biçini zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib - regional müşavirə

Azərbaycan-BƏƏ tərəfdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan-Türkiyə birliyi regionda sülhün və əmin-amanlığın əsas təminatçısına çevrilib ŞƏRH

Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanları başlayır

Murat Demirci: Heydər Əliyev adına məktəb Kahramanmaraşın bütün təhsil ocaqları üçün nümunədir

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə 300-dək şirkət iştirak edəcək

Xankəndidə Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib – YENİLƏNİB  VİDEO

Xankəndidə Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib – YENİLƏNİB VİDEO

Oğuzda 6 yaşayış məntəqəsinin yolları yenidən qurulur VİDEO

Oğuzda 6 yaşayış məntəqəsinin yolları yenidən qurulur VİDEO

Medianın İnkişafı Agentliyi: Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar həyata keçirdiklərinə dair məlumatlar reallığı əks etdirmir

İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb